• Be. Sen 15th, 2025

ATƏT/DTİHB-nin müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayıb

ByYenigun.news

Dek 29, 2023


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkisini izləyəcək müşahidə missiyası fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, bunu ATƏT/DTİHB missiyasının rəhbəri İoğan Mörfi Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müşahidə missiyasına ATƏT-ə üzv olan 9 ölkədən 11 beynəlxalq ekspert, seçki günü seçki prosesini müşahidə edəcək qısamüddətli missiyanın 280 üzvü və yanvarın 3-də ölkəyə gələcək uzunmüddətli missiyanın 26 üzvü daxildir:

“Bizim vəzifəmiz yalnız seçki prosesini izləməkdir. Seçki gününə iki həftə qalmış aralıq hesabatı təqdim edəcəyik. Seçkidən bir gün sonra, yəni fevralın 8-də müşahidəmizin nəticələrinə əsasən mətbuat konfransı keçirəcəyik”.

“Biz artıq Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdük və komandamızı təqdim etdik. Öz növbəsində Azərbaycan tərəfi də bizi çox gözəl qarşıladı”, – o bildirib.

Missiya rəhbəri vurğulayıb ki, ATƏT indiyə qədər Azərbaycanda seçkiləri 12 dəfə müşahidə edib:

“Sonuncu dəfə 2020-ci ildə keçirilmiş parlament seçkisini müşahidə etmişik”.