• Bz. Sen 14th, 2025

Zakir Həsənov Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunu təbrik edib – VİDEO

ByYenigun.news

Dek 31, 2023


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunu təbrik edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini ürəkdən təbrik edib, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətdə uğurlar arzulayıb.