Azərbaycan təmsilçisi Mirəşrəf Kazımzadə İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatına qələbə ilə başlayıb.
Yenigun.news xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Gürcüstanı təmsil edən erməni əsilli Arşak Yelizbaryanla üz-üzə gəlib.
Hər üç raundda güclü olan Kazımzadə rəqibini 3:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur.