“Terror təşkilatlarına qarşı mübarizədə beynəlxalq ictimaiyyətdən gözlədiyimiz dəstəyi ala bilmədik”.
“Yenigun.news” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılışında çıxış edərkən bildirib.
“Suriyada fəaliyyət göstərən PKK və İŞİD kimi terror təşkilatlarına qarşı meydanda qarşı duran ilk ölkə biz olduq. İŞİD-in Suriyadakı mövcudluğuna böyük miqyasda son verərək Avropanın və dünyanın təhlükəsizliyinə töhfə verdik. İndiyə qədər 4500 İŞİD üzvünü zərərsizləşdirmişik.
Terror təşkilatlarına qarşı mübarizədə beynəlxalq cəmiyyətdən gözlədiyimiz dəstəyi ala bilmədik. İŞİD ilə mübarizə adı altında cənub sərhədimiz boyunca bir terror dövləti qurmağa cəhd göstərildi. PKK-nın xərac toplamasına mane olacaq bir neçə görüntü naminə əməliyyatlar xaricində qətiyyətli addımlar atılmadı. Hər növ terrorla mübarizə hər kəsin borcudur. Suriyada sülhü qorumaq təkcə Türkiyənin deyil, hamımızın məsuliyyətidir”, – deyə Ərdoğan qeyd edib.