• Be. Noy 25th, 2024

Azərbaycanın Birinci xanımı dünya qadınlarına örnəkdir

ByVuqar Ferzeliyev

Mar 6, 2024

        8 Mart Beynəlxalq Qadınlar Günü hər il Azərbaycanda təntənəli şəkildə qeyd olunur. Azərbaycan qadını tarix boyu ictimai fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı, fədakarlığı və qəhrəmanlığı ilə seçilmişdir. Qadınlarımız ailə dəyərlərimizin formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmişlər.

        Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir.

      Qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Dövlət quruculuğu, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq etmişdir.

      Bu sahədə sədaqətli Vətən qızı, mübariz ictimai xadim, xeyirxah insan missiyasının daşıyıcısı olan xanımlar haqqında söhbət, təbii ki, cildlərə sığışmaz, onların ümumiləşmiş siması kimi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı və fəaliyyəti danılmazdır.

        Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.

       Dərin İftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti , ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti əsl örnəkdir. Məhz bu keyfiyyətlərə görə xalqımızın Mehriban qızına el-obanın sevgisi və rəğbəti tükənməzdir.

        Əziz Mehriban xanımı və onun övladlarını ürəkdən təbrik edir, onlara xalqımızın tərəqqisinə xidmətdə uğurlar diləyirik.

Elçin Hüseynov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir