• Ça. Noy 26th, 2024

Siyasi sabitlik amili

ByVuqar Ferzeliyev

Mar 12, 2024

   10 mart 2020-ci il altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident cənab İlham Əliyevin tarixi, proqram xarakterli çıxışında ölkədə başlanmış yeni islahatlar kursunun davam etdiriləcəyi ilə bağlı verdiyi anons bu günlərdə də tam təsdiqini tapmaqdadır.

   Adı çəkilən çağırışda Prezident İlham Əliyevin ən yadda qalan çıxışlarından biri də bunlar idi,- “Siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir”.

   Bu günlərdə ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşamaqdadır. Azərbaycanda qazanılan böyük iqtisadi inkişafın dünyada oxşarı yoxdur.

Telman Ağayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir