• Be. Noy 25th, 2024

“Şuşa bizi gözləyirdi, biz də gəlmişik”

ByYenigun.news

Mar 20, 2021

“Şuşa bizi gözləyirdi, biz də gəlməli idik və gəlmişik”.

Yenigun.news xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşadan xalqa etdiyi müraciətində deyib. Dövlət başçısı bildirib ki, 2004-cü ildən başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı ilə təbrik edərkən doğma torpaqlarımıza qayıdacağımızı deyib:

“Deyirdim ki, biz ərazi bütövlüyünü bərpa edəcəyik, deyirdim ki, Novruz bayramını bizim Qarabağ torpaqlarında işğaldan azad edəndən sonra qeyd edəcəyik. Və bu gün gəldi, bu gün biz Novruz bayramını Şuşada qeyd edirik. Bu tarixi hadisədir, bu böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız fikirləşirdik, bir-birimizə deyirdik ki, inşallah, gələn il Novruz bayramını Qarabağda, Şuşada qeyd edəcəyik. Və bu gün gəldi, 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik.

Noyabrın 8-də Şuşanın azad edilməsi ilə bağlı müjdəni Azərbaycan xalqına verərkən demişdim ki, Şuşa sən azadsan! Bu gün azad Şuşada biz öz milli bayramımızı, Novruz bayramını qeyd edirik. Şuşa 28 il mənfur düşmən tərəfindən dağıdılırdı. Şuşanın tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşanı erməniləşdirmək istəyirdi. Şuşadan Azərbaycan xalqının irsini silmək istəyirdi, ancaq buna nail ola bilmədi. Ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu. Bu gün Şuşada olarkən bir daha bunun şahidi oluruq. Şuşa bizi gözləyirdi, biz də gəlməli idik və gəlmişik. Ancaq gəlmək üçün güc toplamalı idi, hazırlıq işləri aparmalı idik”.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir