• Ça. Noy 26th, 2024

2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində olduq

ByVuqar Ferzeliyev

Mar 16, 2024

         2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

          44 gün davam edən və rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ikinci Qarabağ müharibəsi bir daha göstərdi ki, ən çətin və məsuliyyətli tapşırıqları yerinə yetirməyə qadir güclü Azərbaycan Ordusu var. Vətən müharibəsində Azərbaycanın işğal olunmuş əraziləri cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Qələbəyə doğru inamla irəliləyən mərd və qorxmaz əsgərlərimiz işğal olunmuş torpaqlarımızdakı mənfur düşmənin hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və canlı qüvvəsini darmadağın etdi. Beləliklə kəndlərimiz və strateji yüksəkliklərimizdəki murdar düşmənlər ordumuz tərəfindən məhv edildi.

Hüseyn Eynullayev Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir