• Be. Noy 25th, 2024

Xankəndində Novruz tonqalı

ByVuqar Ferzeliyev

Mar 24, 2024

       Ulu Öndər Heydər Əliyevin hələ 1998-ci ildə söylədiyi tarixi fikirləri  xatirimizdədir.  O vaxt dahi rəhbərimiz demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.

Bu gün Ulu Öndərimizin ruhu şaddır. Ölkəmizin rəhbəri cənab İlham Əliyev dördüncü ildir ki, bayram tonqalını işğaldan azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanıb.

Ötən ilin sentyabrında cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bu gün ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Bu illər ərzində ölkə rəhbərliyi qarşısında düran əsas vəzifə torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq əsas vəzifəmiz olmuşdur. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev öz müraciətində xüsusi olaraq vurğulayıb: “Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.

2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi ilə düşmən darmadağın edildi: “2023-cü ilin sentyabrında isə bir günlük antiterror tədbirləri nəticəsində separatçı yuva ləğv edildi. Azərbaycan Prezidentinin dili ilə desək, bu meydan artıq “Zəfər meydanı”dır. Bugünkü gündə Xankəndidə yandırılan Novruz tonqalı separatçılığın köklərinə birdəfəlik son qoydu.

Xuraman Əliyeva,

                                                                                               Sahibkar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir