• Ç. Noy 27th, 2024

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

ByVuqar Ferzeliyev

Apr 25, 2024

     Bu görüş Baykal-Amur Magistralının 50 illik yubileyinə təsadüf etdiyindən Vladimir Putin Ulu Öndər Heydər Əliyevin vaxtilə “Ümumittifaq tikintisi” adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak etdiyini və onun reallaşdırılmasına öz töhfəsini verdiyini qeyd edib. Ulu Öndər sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daimi donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. O da faktdır ki, BAM-ın tikintisində Azərbaycanın minlərlə vətəndaşı iştirak edib. Onların çoxu sonradan Rusiyada məskunlaşıb.

     Artıq bir neçə ildir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma ən yüksək səviyyədədir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, zaman qarşılıqlı münasibətlərdəki anlaşılmazlıqları, umu-küsüləri retuşlayır. Rusiya da, Azərbaycanda gələcəyə nikbin nəzərlərlə baxır.

     Qeyd edək ki, bu sənəd həm Rusiya, həm də Azərbaycan üçün olduqca həssas bir dönəmdə imzalanıb. Sonrakı illər göstərdi ki, bu saziş beynəlxalq arenada, xüsusilə də Avropada təklənən Rusiya üçün nə qədər əhəmiyyətlidirsə, Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etdiyinə görə bəzi Avropa ölkələrinin haqsız basqısına məruz qalan Azərbaycan üçün də çox əhəmiyyətlidir.

     Hazırda Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, bir-birini dəstəkləmə və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir, həm də hər iki ölkə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Rusiya üçün cənub istiqamətində strateji nəqliyyat dəhlizlərindən biri Azərbaycan ərazisindən keçir və Rusiya ilə İran arasında əlaqə yaradır. Bu, yük tranziti baxımından hər üç dövlətə faydalıdır.

     Belə bir gerçəklik də var ki, dövlətlər arasında nə qədər çoxtərəfli sazişlər, müqavilələr, kommunikelər imzalansa da, ölkə başçıları arasında soyuqluq varsa, o zaman o sənədlər kağız üzərində qalacaq, işləməyəcək. Xoşbəxtlikdən, hələ Ümummili Lider Heydər Əliyevlə Rusiya lideri Vladimir Putin arasında təməli qoyulan dostluq və əməkdaşlıq bu gün Prezident İlham Əliyevlə Putin arasında rəvan şəkildə davam edir.

Zeynalov Ceyhun

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir