• C. Noy 22nd, 2024

QALİB XALQIN QALİB ORDUSU

ByYenigun.news

İyn 29, 2021

Silahlı Qüvvələr Günündə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin bir qrup nümayəndəsi ilə görüşü böyük rəmzi məna daşıyır. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müqəddəs haqq işini layiqincə yerinə yetirdi, Vətən torpaqlarını işğaldan azad etdi, tarixi ədalət və beynəlxalq hüququ bərpa etdi, regionda tamamilə yeni mənzərə, yeni reallıq yaratdı. Prezident İlham Əliyev görüş zamanı yaranmış yeni reallıqlarla, bölgənin gələcəyi və Ermənistanda revanşist qüvvələrlə bağlı aydın mesajlar verdi. Ali Baş Komandan hərbçilər qarşısında onsuz da 44 gün ərzində məhv edilmiş Ermənistan ordusuna xəbərdarlıq etdi – hər hansı kiçik bir səhv Ermənistan ordusunun tamamilə məhvinə gətirib çıxaracaq. Prezidentin Azərbaycan Ordusunun bundan sonra da gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar düşmənə daha bir açıq xəbərdarlıqdır

   Biz, eyni zamanda, keçmişi unutmuruq, bundan nəticə çıxarırıq, regionun gələcəyi baxımından isə əməkdaşlığa hazırıq. Düşünürəm ki, müstəqilliyi onsuz da formal xarakter daşıyan və müharibədə məğlub olaraq daha pis vəziyyətə düşən Ermənistan bundan sonra atacağı addımlara diqqət etməli, ilk növbədə, qonşuları ilə münasibətlərə xüsusi fikir verməli, indiyədək irəli sürdüyü bütün iddialarından əl çəkməlidir. Azərbaycan iqtisadiyyatı bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının böyük bir hissəsini təşkil edir. Bölgədə reallaşdırılan qlobal iqtisadi layihələr Azərbaycanın razılığı və dəstəyi ilə həyata keçirilir. Ermənistan da başa düşməlidir ki, əməkdaşlıq məhv olmuş erməni iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Diaspor pulları və ianələr hesabına dövlət kimi yaşamaq mümkün deyil”.

   Prezident İlham Əliyev nitqində, eyni zamanda, Ermənistanın havadarlarına və ikili standartlarla Azərbaycana qarşı riyakar münasibət göstərən qüvvələrə də açıq mesaj verdi. “Azərbaycan haqq işinin müdafiəsini bundan sonrakı dövrdə də həyata keçirəcək. Aparılan düzgün xarici siyasət nəticəsində Azərbaycanın mövqeləri kifayət qədər güclənib, beynəlxalq təşkilatlarda nüfuzumuz artıb, dostlarımız çoxalıb. Biz bunu müharibə zamanı haqq işimizi qoruyan dövlətlərin timsalında gördük. Birinci Qarabağ müharibəsi zamanı ərazi işğalına məruz qalan Azərbaycan, eyni zamanda, bir çox dövlətlərin və bəzi təşkilatların qərəzli münasibəti ilə üz-üzə qalırdı. İkinci Qarabağ müharibəsi zamanı da belə cəhdlər olsa da, güclü Azərbaycan dövləti və onun rəhbəri bütün təzyiqlərin qarşını aldı, ədalətli mövqeyimiz hər kəs tərəfindən qəbul edildi”, - deyə deputat diqqətə çatdırıb.
   Dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun  Zəfər paradında Prezident, Ali Baş Komandan bununla bağlı deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, onun başını əzdi.

  Zəfərin siyasi təzahürləri. Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.  

  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, bundan sonrakı dövrdə Ordumuzun daha da güclənməsi baxımından işlərin davam etdiriləcəyini bildirdi. “Ordu hər bir dövlətin təhlükəsizliyinin təminatçısıdır. Düşünürəm ki, Prezident İlham Əliyevin regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonrakı dövrdə də gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha düşmənimizə açıq xəbərdarlıqdır. Yəqin ki, onlar bundan düzgün nəticə çıxaracaqlar.

Yusif Əliyev, Həsənli kənd sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir