Haaqa Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia çərçivəsində irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı açıq dinləmələr başa çatıb.
Oxu.Az bildirir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin saytında məlumat verilib.
Məlumata görə, məhkəmənin ilkin etirazlarla bağlı qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyənləşdikdən sonra elan ediləcək.
Azərbaycan öz arqumentlərində məhkəməyə müraciət edərək Ermənistanın 24 aprel 2024-cü il tarixli yekun təqdimatında irəli sürdüyü ilkin etirazların hər birinin məhkəmənin yurisdiksiyasına və ya Azərbaycan tələblərinin məqbul olmasına əsaslı etiraz olmadığı əsasda rədd edilməsini xahiş edib.
Alternativ olaraq, Azərbaycan məhkəmədən bu ilkin etirazların hər birinin işin mahiyyətinə uyğun olan məsələləri qaldırdığını əsas gətirərək rədd etməyi xahiş edib.