• Ca. Noy 28th, 2024

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”

ByYenigun.news

Apr 27, 2024




“Rusiya bütün mübahisəli məsələlərin həlli, həmçinin sülh müqaviləsinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda delimitasiya prosesinə etirazlara münasibət bildirərkən bəyan edib.

“Biz bu barədə şərh vermək istəmirik, biz Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq, hesab edirik ki, bu, sülh müqaviləsinin imzalanmasına tez nail olmaq üçün ümumi gərginliyin bitməsi və gündəmdəki bütün mübahisəli məsələlərin yekun həlli üçün zəruridir”, – deyə Kremlin sözçüsü bildirib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir