• Ç. Noy 27th, 2024

Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib

ByYenigun.news

Apr 30, 2024




Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmanla hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısındakı “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisləri, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəisinin müavini və departament rəisləri” “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri, Xidmətin Milli Qvardiyası komandanının birinci müavini” ilə əvəzlənib.

Bundan başqa, hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri” əlavə edilib.

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısına da dəyişiklik edilib. Belə ki, siyahıya Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üzrə – baş idarə rəislərinin müavinləri, idarə rəisləri və onların müavinləri, müstəqil şöbələrin rəisləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi üzrə – idarə rəislərinin müavinləri, müstəqil şöbələrin rəisləri əlavə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir