• C. Noy 22nd, 2024

Biz qalib xalqıq, söz bizimdir

ByVuqar Ferzeliyev

May 24, 2024

       Dövlətimizin başçısı İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə diqqətə çatdırdı ki, son 20 il ərzində verdiyi bütün vədlər, qarşısına qoyduğu bütün vəzifələr icra edilib. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu – 2023-cü il sentyabrın 20-də növbəti qələbəyə imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının “Dəmir Yumruq” siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Qısa müddətdə – bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacağının sübutu idi.

        Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində müqəddəs üçrəngli bayrağımızı qaldırdı və xalqına etdiyi proqram xarakterli tarixi müraciətində bildirdi ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bilib.

       Bəli, Ermənistan vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Bunu isə “Dəmir yumruq” hesabına etməyə məcbur olub. Və unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Və dövlət başçımızın söylədiyi kimi: “bizə xor baxanlara, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!   

Günay İbadova,Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir