Bu ilin iyul ayının 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxışları olmuşdur. Bu zaman dövlət rəhbərləri bir sıra məsələləri müzakirə etmişlər. Daha sonra isə gələcəkdə dövlətlər arasında bir sıra mədəni və iqtisadi sahələrdə tərəqqiyə yol açan sənədlər imzaladılar.
Sözü gedən səfər zamanı mətbuata bəyanatlarla çıxışı zamanı Prezidentimiz Cənab İlham Əliyev Cəmmu və Kəşmir məsələsindən də danışaraq birmənalı dəstəyimizi bildirdi.
Öz çıxışı zamanı ölkə başçımız söylədi ki, – “Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış və pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur.”
Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistan qətiyyətli mövqeyindən söhbət aşaçn ölkə başçımız onu da söylədi ki, – “Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri olmasa da qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.”
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı