• Şb. Noy 23rd, 2024

Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.

ByVuqar Ferzeliyev

Okt 16, 2024

Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biridir. Ümumiyyətlə, oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir çox tərəfləri ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu, bizim üçün çox şərəfli və məsuliyyətli işdir.

Sentyabr ayının 17-də Rusiyanın Ufa şəhərində Dövlətlərarası Humanitar Əməkdaşlıq üzrə Fondun 17-ci forumunda Laçın şəhəri MDB-nin 2025-ci il paytaxtı elan edildi. Orada Laçın şəhəri haqqında təqdimat oldu. Laçın şəhərinin əsrarəngiz gözəlliyi forum iştirakçılarını valeh etdi.

Həmçinin, Laçında istehsal olunan məhsulların sərgisi təşkil edildi. Sərgidə əslən laçınlı olan Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın müəllifi olduğu xalçaları və “Gilabi Ceramics” yaradıcılıq mərkəzinin məhsullarını nümayiş etdirdik. Oktyabr ayının 8-də MDB Dövlət Başçılarının Şurasının iclasında bu qərar təsdiq edildi. Laçının MDB-nin mədəniyyət paytaxtı ili çərçivəsində Mədəniyyət Nazirliyi ilə birlikdə fəaliyyət tədbirlər proqramı hazırlanacaq. Həmçinin müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar və master-klasslar təşkil olunacaq.

Sürəyya  Zeynalova

Saatlı Tarix-diyarşünaslıq muzeyinin direktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir