• Şb. Okt 26th, 2024

Azərbaycan çoxtərəfli diplomatiyanı həyata keçirir

ByVuqar Ferzeliyev

Okt 26, 2024

       Prezident İlham Əliyev XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

       Azərbaycan hazırda Ermənistanla sülhün rəsmiləşdirilməsi astanasındadır. Tərəflər arasında sülh sazişinin imzalanmasından sonra gözlənilən Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşması, eləcə də regional kommunikasiyaların açılması prosesi ölkəmizin gələcək inkişafı üçün yeni fürsətlər yaradır.

        Azərbaycan belə nəhəng iqtisadi potensialı olan bir platforma ilə qonşuluqdan maksimum faydalanmalıdır. Xatırlatmaq yerinə düşər ki, Hindistan, İran və Rusiya kimi BRİKS ölkələrini birləşdirən “Şimal-Cənub” dəhlizinin Qərb marşrutu məhz Azərbaycan ərazisindən keçir. BRIKS-in genişlənməsi isə qrup ölkələri arasında Cənubi Qafqaz, o cümlədən Azərbaycan üzərindən aparılan qarşılıqlı ticarətin artmasını qaçılmaz edir.

         Azərbaycan çoxtərəfli diplomatiyanı həyata keçirir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi xarici siyasətimizin prioritet istiqamətlərindəndir. Öncə regional çərçivədə əlaqələrin qurulmasına xüsusi önəm verən Azərbaycan sonrakı dövrlərdə münasibətlərin daha geniş coğrafiyanı əhatə etməsinə səy göstərdi.

        Dövlətimizin başçısının Kazana səfər çərçivəsində keçirdiyi görüşlər və plenar iclasda çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın qlobal problemlərin həllinə böyük töhfələr verdiyini bir daha təsdiq etdi   

Gülnar Əmrahova,

Cəlilabad rayon Komanlı bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir