Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şəqində yerləşir. Sahəsi 802 kvadrat kilometrdir. 30 avqust 1930-cu il tarixli Azərbaycan Respublikasi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin Qərarı ilə təşkil edilmiş və 1-ci kateqoriyali rayonlarin siyahisina daxil edilmişdir. Rayon 1 şəhər və 93 kəndi, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 404 km-dir. 31.08.1993-cü ildə Erməni hərbi birləşmələri tərəfindən işğal olunub. 25.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahli Qüvvələri tərəfindən işğaldan azad olmuşdur. Hazırda rayonun əhalisi 40 095 nəfərdir (01.01.2024-cü il tarixə) işgaldan əvvəl: 29903 nəfər (əhali etinik tərkibcə azərbaycanlılardan ibarətdir) Ermənistan Respublikası ilə (120 km) keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu ilə (45 km), Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir.
Sürəyya Zeynalova
Saatlı Tarix-diyarşünaslıq muzeyinin direktoru