Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir, humanizm ideyalarına və milli dəyərlərə söykənən siyasətdir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Xalqa arxalanan siyasət. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir.
Müasir dövrün yeni lideri Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirmişdir. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 21 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunmuş, insanların rifah halı daha da yaxşılaşmışdır. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilmiş, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilmiş və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilmişdir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli,məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Möhtərəm Prezidentimiz öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı təqdim etdi.
Prezident İlham Əliyev sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Sonuncu ad günündə isə cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Hörmətli Prezident, cənab Ali Baş Komandan! Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Biz Sizi Azərbaycan xalqının inkişafına və rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və ölkəsinin əsl vətənpərvəri kimi tanıyırıq. Əminik ki, Sizin rəhbərliyiniz ilə vətənimiz bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək.
Elxan Xudaşlı,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı