• Şb. Dek 28th, 2024

Həmvətənlərimizin həmrəylik səyləri güclənir

ByVuqar Ferzeliyev

Dek 27, 2024

Dünya Azərbaycanlılarının Həmrəylik günü xalqımız üçün ən mühüm bayramlardan birinə çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmyerlilərimiz dönə-dönə göstərirlər ki, son illərdə dövlətimizin rəhbərinin dəstəyi sayəsində xalqımızın nümayəndələri özlərini hər yerdə rahat hiss edir, sərbəst surətdə fəaliyət göstərirlər.
        Dövlətimizin başçısının siyasətində yeni geosiyasi reallıqlar ciddi surətdə nəzərə alınır, beynəlxalq əməkdaşlğa böyük önəm verilir, bunun üçün isə dünyanın müxtəlif nöqtələrində məskunlaşmış azərbaycanlıların sıx birliyi əsas şərtdir. Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır.
   Bunun sayəsində dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılar daha sıx birləşirlər, müstəqil dövlətimizin digər dövlətlərlə bərabər partnoyorluq əsasında əlaqələrinin təşəkkül tapıb möhkəmlənməsində böyük rola malikdirlər. Bu  əməkdaşlıq nəticəsində strateji tərəfdaşlıq proqramları ardıcıl olaraq yerinə yetirilir, ölkəmizin xarici siyasətində uğurlar qazanılır, beynəlxalq qurumların tribunalarından səsimiz daha ucadan, qüdrətlə səslənir və açıq deyək ki, dünya ölkələri bizimlə hesablaşırlar. Məhz bunun nəticəsində hazırda planetin xalqları bizi daha yaxından və dərindən tanıyır, əvvəllər Azərbaycanın xəritənin hansı hissəsində qərar tutmasını bilməyən xarici ölkə məktəblisi də indi respublikamızın yerini yaxşı görür, onun qüdrətinə bələddir. 
Azərbaycanın adını uca tutan hər bir azərbaycanlı, bütün ölkələrdəki həmvətənlərimiz həmin ölkələrin ictimai-siyasi və iqtisadi həyatında böyük fəallıq göstərir, getdikcə daha yüksək dairələrdə tanınırlar. Onların bilavasitə iştirakı ilə ölkələrimiz arasında strateji tərəfdaşlıq layihələri uğurla həyata keçirilir, ticarət əlaqələri möhkəmlənir, əmtəə dövriyyəsi artır. Bütün bunlar bizim milli nailiyyətlərimizdir, bu nailiyyətləri bizim əlimizdən heç bir qüvvə ala bilməz.
Dünya daim dəyişir və yeniləşir, yeni qlobal münasibətlər meydana çıxır. Belə bir şəraitdə görülmüş işlərlə kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Həmrəylik bayrağını başımızın üstündə daha uca tutmalı, inamla aparmalıyıq.
                                                                            Əlizamin Əzizov,
                             Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
          Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir