Futbol üzrə Avropa çempionatının oyunlarını 11 stadionda ümumilikdə 1 099 688 nəfər izləyib.
Yenigun.news xəbər verir ki, tamaşaçılardan təqribən yarısı – 450 368 nəfər 15 pley-off qarşılaşmasında iştirak edib. Qalan 649 320 nəfər qrup mərhələsinin 36 görüşünə tamaşa edib.
Ən baxımlı oyun İtaliya – İngiltərə finalı olub. Bu görüşdə Londondakı “Uembli” stadionunun tribunalarında 67 173 tamaşaçı yer alıb. Eyni arenadakı yarımfinal görüşləri də izlənilmə sayı baxımından “ilk 3-lük”də yer alıb.
Qeyd edək ki, Avropa çempionatı 11 iyun – 11 iyulda Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçirilib. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels (1:1), Türkiyə – Uels (0:2), Türkiyə – İsveçrə (1:3), həmçinin 1/4 final mərhələsinin Danimarka – Çexiya (2:1) matçına ev sahibliyi edib.