• Ça. Apr 29th, 2025

Hər şey mehriban qonşuluq naminə

ByVuqar Ferzeliyev

Apr 28, 2025

       Prezident İlham Əliyev 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə deyib ki, bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Çinlə vizasız rejimin tətbiq olunması böyük bir irəliləyişdir.  Çin dövləti də bu gün dünyanın ən aparıcı dövlətidir. Çin iqtisadi gücünə görə artıq  Amerika Birləşmiş Ştatlarını da üstələyən şəkildədir. Bu baxımdan Çinlə bu  səviyyədə əməkdaşlıq bizim üçün çox önəmlidir. Həmçinin Prezidentin bu  müsahibəsində Azərbaycanın cəlbedici tərəfi daha çox diqqətə çatdırılır. Azərbaycanla əməkdaşlıq bütün hallarda Çinin də maraqlarına tam uyğundur. Bu    əslində Qədim İpək Yolunun yeni bir formatda bərpasıdır. Bütün hallarda Avropaya    Çin mallarının daşınması üçün müddətin azalmasıdır.       

       Keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad  etdik. Bu, ilk dəfə idi ki, baş verirdi. Çinə həqiqətən də xüsusi münasibət göstərilmişdir. Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada   etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki, əlbəttə,   biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik.   

        Ölkələrimizdə hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var.  

Sözsüz ki, biz daha çox azərbaycanlının Çinə səfər etməsini, təhsil almaq, işləmək üçün gəlməsini istəyirik. Bəli, bu çox azdır. Əminəm ki, xüsusilə texnologiyanın inkişafında, süni intellekt sahəsində potensialı nəzərə alsaq, onların sayı artacaq. Biz qlobal trendlə ayaqlaşmaq istəyirik. Düşünürəm ki, Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var. 

 Vahid Mirzəyev,

Cəlilabad şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir