• Ca. May 22nd, 2025

Azərbaycanın Macarıstanla əməkdaşlıq potensialı böyükdür

ByVuqar Ferzeliyev

May 21, 2025

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 20-də Macarıstana rəsmi səfərinin nəticələri Azərbaycanın bu ölkə ilə əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. Macarıstanın Baş naziri ilə Prezident İlham Əliyev arasında keçirilən birgə və geniş tərkibdə görüşlər, mətbuata bəyanatlar, səsləndirilən fikirlər də bunun bariz ifadəsidir.

       Dövlətimizin başçısı İlham Əliyevin xarizması, nümunəvi davranışları, özünəməxsus idarəçilik qabiliyyəti, siyasət elmini dərindən bilməsi, həmçinin Azərbaycanın xarici ölkələrlə münasibətlərinin qurulmasında və inkişafında sərgilədiyi yanaşma, atdığı hər bir imzasına verdiyi dəyər ölkəmizin beynəlxalq nüfuzunu günü-gündən yüksəldib, etibarlı tərəfdaş imicini qazandırıb. Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu və keyfiyyətli xarici siyasət dövlətimizə, xalqımıza beynəlxalq səviyyədə müsbət imic qazandırıb.

       Macarıstan tərəfinin Azərbaycan Prezidentinin səfərinə böyük önəm göstərməsinin xüsusi əhəmiyyəti var. Dövlət başçımızın qarşılanması və yola salınması da məhz bu diqqətin xüsusi nümunəsi kimi xarakterizə olunmalıdır. Macarıstanla Azərbaycan tərəfdaş dövlətlərdir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hər iki ölkə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

       Prezidentin bəyanatında qeyd olunduğu kimi, bu gün, macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılmışdır. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Biz çox maraqlıyıq ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, biz birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb.

Fuad Əzizov,

Lənkəran-Astara Regional Mədəniyyət 

   İdarəsinin Cəlilabad nümayəndəliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir