Budapeşt Zirvə görüşünün yekun sənədləri ticari, iqtisadi, gömrük, nəqliyyat və digər sahələrdə üçtərəfli istiqamətdə atılan əməli addımların məcmuyunu təşkil edir. Birgə iştirak etdiyimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlığımız uğurla davam etdirilir.
Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikası müşahidə olunur. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq.
Şuşada təşkil olunmuş ilk qeyri-rəsmi Zirvə görüşünün davamı kimi Budapeştdə baş tutan ikinci belə tədbir Türk Dövlətləri Təşkilatının daxilində səmimi və açıq dialoqun, qarşılıqlı anlaşmanın dərinləşdiyini göstərir. Prezident İlham Əliyev Qırğızıstanın Təşkilata uğurlu sədrliyi münasibətilə Prezident Sadır Japarovu təbrik edərək, bu ilin rəsmi Zirvə görüşünə Azərbaycanın ev sahibliyi edəcəyini bildirdi və liderləri ölkəmizə dəvət etdi. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan indiyədək təşkilat üzvü olan ölkələrə 20 milyard ABŞ dollarından artıq sərmayə yatırıb ki, bu da onun iqtisadi həmrəylik və ortaq inkişaf prinsipinə sadiqliyini əks etdirir. 2025-ci ildə Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması bu əməkdaşlığın daha da institusional və sistemli xarakter alacağını göstərir.
Bizim ölkələrimizdə əhali artır. Azərbaycana gəldikdə, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə bizim əhalimiz təqribən 7 milyon idi, indi 10 milyonu ötüb. Bütün üzv ölkələrdə buna oxşar dinamika müşahidə olunur. Əhalimiz gəncdir, dinamikdir, öz tarixi köklərinə bağlıdır.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin
Cəlilabad rayonu üzrə gənclər və idman sektoru