• Şb. May 24th, 2025

Qarşılıqlı dəstək başlıca prinsipimizdir

ByVuqar Ferzeliyev

May 23, 2025

        Prezident İlham Əliyevin cari ilin 21 may tarixində Budapeştdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə çıxışı ilə diqqətlə tanış olduq. Prezidentin dediklərindən bir daha aydın oldu ki, TDT artıq beynəlxalq aləmdə öz sözünü deyən, nüfuzu olan nəhəng bir birliyə çevrilib. Bir birimizə dayaq olmaq isə qarşılılıq prinsipimizdir.   

       Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

         Azərbaycanın bu Zirvə görüşündə oynadığı aparıcı rol və Prezident İlham Əliyevin çıxışında vurğulanan siyasi, iqtisadi və nəqliyyatla bağlı təşəbbüslər, ölkənin Türk dünyasında mərkəzi əlaqələndirici qüvvəyə çevrildiyini bir daha sübut etdi. Azərbaycanın həm COP29 kimi qlobal tədbirdə uğurla çıxış etməsi, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində lider mövqeyini qoruyub saxlaması, ölkənin həm regional, həm də beynəlxalq proseslərdə güclü aktora çevrildiyini göstərir.

       Görüşün sonunda imzalanan 71 maddədən ibarət Bəyannamə, üzv dövlətlərin ortaq tarixi, mədəniyyəti və dəyərləri əsasında birgə gələcəyə dair qətiyyətli iradəsini əks etdirdi. Bu sənəddə nəqliyyat, enerji, iqlim dəyişikliyi, rəqəmsal transformasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi, Türk İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi və Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi kimi mühüm istiqamətlər vurğulandı. Bəyannamə, həmçinin, Türk dünyasının qlobal siyasətdə daha təsirli mövqe tutması və beynəlxalq arenada birgə çıxış etməsi üçün yol xəritəsi rolunu oynayır.   

       Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Bu kontekstdə Budapeşt Zirvə görüşü və qəbul olunan Bəyannamə, Türk dövlətlərinin ortaq məqsədlər ətrafında birləşərək, gələcək üçün daha güclü və dayanıqlı əməkdaşlıq platforması yaratmaq istiqamətində atdığı mühüm addım oldu.

Əmrah Quliyev,

Cəlilabad  Bələdiyyələrinin Əlaqələndirmə

Şurasının Sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir