• Ca. İyn 25th, 2026

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.

ByVuqar Ferzeliyev

İyn 25, 2026

  Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşısında duran ən vacib məsələlərdən biri güclü və etibarlı milli ordunun yaradılması idi. Müstəqilliyin ilk illərində mövcud olan siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və hərbi sahədəki problemlər bu vəzifənin həyata keçirilməsini çətinləşdirirdi. Lakin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı.

  Heydər Əliyev Azərbaycanın təhlükəsizliyinin və müstəqilliyinin qorunmasında güclü ordunun əvəzsiz rol oynadığını yaxşı bilirdi. Buna görə də onun rəhbərliyi ilə silahlı qüvvələrin formalaşdırılması və inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Orduda vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələrin fəaliyyəti təkmilləşdirildi və hərbi intizamın gücləndirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildi. Bu islahatlar Azərbaycan Ordusunun daha peşəkar və döyüş qabiliyyətli bir quruma çevrilməsinə şərait yaratdı.

  Ordu quruculuğu prosesində hərbi təhsilin inkişafına da xüsusi diqqət ayrıldı. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, peşəkar hərbi kadrların hazırlanması və hərbi təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi gələcək uğurların əsasını təşkil etdi. Eyni zamanda, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silah və avadanlıqlarla təmin olunması istiqamətində mühüm işlər görüldü. Bu tədbirlər silahlı qüvvələrin döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırdı.

  Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası sonrakı illərdə də uğurla davam etdirildi. Azərbaycan Ordusu müasir tələblərə cavab verən hərbi gücə çevrildi və regionun ən güclü orduları sırasında yer aldı. Ordunun əldə etdiyi nailiyyətlər ölkənin milli maraqlarının qorunmasına, dövlət təhlükəsizliyinin təmin olunmasına və beynəlxalq arenada nüfuzunun yüksəlməsinə mühüm təsir göstərdi.

  Bu gün Azərbaycan Silahlı Qüvvələrinin qazandığı uğurlar Heydər Əliyevin uzaqgörən siyasətinin və ordu quruculuğuna göstərdiyi diqqətin nəticəsi kimi qiymətləndirilir. Onun müəyyən etdiyi strateji kurs ölkənin müdafiə potensialının gücləndirilməsinə, milli birliyin möhkəmlənməsinə və dövlət müstəqilliyinin etibarlı şəkildə qorunmasına mühüm töhfə vermişdir. Azərbaycan Ordusunun inkişaf yolu bir daha göstərir ki, güclü dövlətin əsas dayaqlarından biri məhz güclü və peşəkar ordudur.

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı                           

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir