• Ç. İyl 22nd, 2026

Səmimi münasibətlər diplomatiyası

ByVuqar Ferzeliyev

İyl 22, 2026

           Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir. 

          Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin cari ilin 21 iyul tarixində Almaniyaya səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda bir sıra vacib məsələlərə toxunulub, jurnalistlərin sualları cavablandırılıb.

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atılmalıdır, xüsusilə bərpaolunan enerji sahəsində – harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.     

          Bu səfərin çox müsbət nəticələri olacaq, bizim ölkələrimizi birinə daha yaxın edəcəkdir..

         Səfər zamanı digər beynəlxalq məsələlər də müzakirə edilib. Bildirilib ki, Azərbaycanın beynəlxalq birliyə, ayrı-ayrı təşkilatlara, suveren dövlətlərə münasibəti səmimidir və özünə qarşı da belə davranılmasını istəyir. Biz qarşılıqlı maraqlara əsasən münasibətlərimizi daim inkişaf etdirmək əzmindəyik.

                                                                                    Nurlan Ağamalıyev,

                          YAP Cəlilabad rayon təşkilatının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir