Bu tarixi günlərdə hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik hissi müşahidə olunur. Azərbaycan Prezidenti, Ali Baş Komandan, hamımızın sevimli rəhbəri cənab İlham Əliyevin istər işğaldan azad olunmuş rayonlara, istərsə də digər bölgəlıərə səfərləri, bu səfərlər zamanı söylədiyi parlaq nitqlər bir vətəndaş olaraq bizləri vəcdə gətirir. Bir daha açıq-aydın görürük ki, haqq-ədalət uğrunda müharibə aparan Azərbaycan hökmən qələbə çalmalı idi. Çünki Prezidentin dediyi kimi, “bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir”. Doğrudan da belədir, sürüyə dadanan canavarı məhv etməsən, başqa mənfur xülyalara düşər. Artıq bıçaq sümüyə dirənmişdi. Ona görə də hamılıqla hər an döyüşlərə qatılmaqla milli ordumuzun yanında olmağa hazırdıq. Biz Ali Baş Komandanın ətrafınızda sıx birləşərək inandıq ki, milli-mənəvi dəyərlərimiz qorunacaq, neçə illərdən bəri yurd həsrəti ilə yaşayan qaşqın və köçkünlər doğma ocaqlarına qayıdacaqlar. Şiddətli döyüşlərdə əsgərlərimiznəyə qabil olduqlarını göstərdilər. Torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizə allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!
Azərbaycan Prezidenti bu dəfə Xocasəndə olarkən bir daha bəyan etdi ki, sosial dövlətdir, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Azərbaycan dövləti respublikamızın müharibədən təzə çıxmasına və qlobal pandemiya səbəbindən dünyada yaşanan çətinliklərə rəğmən, özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Ölkəmizdə postmüharibə dövründə hər hansı bir sosial layihə ixtisara salınmayıb, əksinə insanların həyat şəraitinin yaxşılaşmasına, gəlir imkanlarının artmasına hesablanan layihələrin əhatə dairəsi daha da genişlənib. Prezident İlham Əliyev bəhs olunan tədbirdən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdəki çıxışında ölkəmizin dərinməzmunlu sosial siyasəti barədə ətraflı məlumat verib. Vətən müharibəsində şanlı Qələbəmizin təmin olunmasını qürur hissi ilə vurğulayan dövlətimizin başçısı postmüharibə dövrünün reallıqlarını da diqqətə çatdırıb. Prezident İlham Əliyev Öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixdə qalmasına, yeni dövrün başlanmasına, iki ölkə arasında sülh sazişinin bağlanmasının zəruriliyinə dair çox mühüm mesajlar verib.
İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və bu məsələdə özəl sektor fəal iştirak edir. Təsadüfi deyil ki, özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün dövlət tərəfindən vasitələr təqdim olunur. Cari ildə nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır.
İndi başqa bir zamandır. Tarixi qələbə hər birimizin qarşısında yeni üfüqlər açmışdır. Qələbəmiz nəticəsində Azərbaycan və Azərbaycan insanı artıq dəyişdi. Bununla da biz məğlub xalq statusundan çıxdıq. Bu gün biz qalib xalqıq. Düşmən əzilib, onun ordusu, hərbi qüvvələri darmadağın edilib. Bu, bizim üçün qürur məsələsi idi, Azərbaycan xalqı sındırılmış qürurunu bərpa edib. Azərbaycan Ordusu elə bir tarix yazdı ki, gələcəkdə Azərbaycanın bütün nəsilləri bununla fəxr edəcək və qürur duyacaq. Bu, tariximizin ən parlaq səhifələrindən olacaq. belə bir güclü ordumuz olduğu üçün ilk növbədə Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq.
Elmira Abbasova, əməkdar müəllim