• Bz. Noy 24th, 2024

DGK-nın vəzifəli şəxslərinin istintaqı başa çatdı

ByYenigun.news

Avq 7, 2021

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri – Azər Baxşıyev, Ceyhun Şabanov, Orxan Zöhrabov, Elmar Mirzəyev, Emin Cəlilov, Mirağa Ağayev, Rəfael Əzizov və Sadiq İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenigun.news xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu ilin mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Nəticədə idarənin vəzifəli şəxsləri – Azər Baxşıyev, Ceyhun Şabanov, Orxan Zöhrabov, Elmar Mirzəyev, Emin Cəlilov, Mirağa Ağayev, Rəfael Əzizov və Sadiq İsgəndərov şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, həbs olunan Azər Baxşıyev Naxçıvan Muxtar Respublikasının sabiq Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.

Əlövsət Baxşıyev 20 il Naxçıvan MR-nın Baş naziri olub.

Cinayət işi üzrə Dövlət Gömrük Komitəsi zərərçəkmiş qismində tanınıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir