ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydeni Əfqanıstanda yaranmış vəziyyətə görə istefa verməyə çağırıb.
Bu barədə CNN məlumat yayıb.
Tramp bildirib ki, istefa elə də böyük hadisə olmamalıdır, çünki Bayden qanuni yolla seçilməyib. “Bayden Əfqanıstanda hadisələrin belə inkişafına imkan verdiyi üçün rüsvayçılıqla istefaya getməlidir”, – deyə Tramp qeyd edib.
Keçmiş prezident daha əvvəl söyləmişdi ki, Əfqanıstanda baş verənlər “ABŞ tarixində ən böyük məğlubiyyətlərdən biri” olacaq.
Onun sözlərinə görə, Baydenin Əfqanıstanda yol verdiyi hadisə “misli görülməmiş” bir şeydir.
Avqustun 15-də “taliblər” bütün Əfqanıstan ərazisində hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər. Dövlət televiziyası ələ keçirildikdən sonra hərəkat nümayəndələri əhalini sakitləşməyə çağırıb.
Hazırda ölkədə hakimiyyət Müvəqqəti Şuraya verilib, sonra Şura hakimiyyəti “Taliban”a ötürəcək.
Müvəqəti Şuranın tərkibinə daxil olanlar arasında milli barışıq üzrə Ali şuranın sədri Abdulla Abdulla və keçmiş prezident Həmid Kərzai də var.
Əfqanıstan prezidenti Əşrəf Qəni avqustun 15-də istefa verərək ölkəni tərk edib. O, qırğının qarşısını almaq üçün bu addımı atdığını deyib.