• Bz. Noy 24th, 2024

AZƏRBAYCAN DÖVLƏTİ İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN BƏRPASI ÜÇÜN MÜHÜM TƏDBİRLƏR HƏYATA KEÇİRİR

ByYenigun.news

Avq 17, 2021


İyulun 14-də qardaş Türkiyənin nüfuzlu telekanallarından olan “CNN Türk”ə geniş müsahibə verən Prezident, Ali Baş Komandan İlham Əliyev yenə birmənalı, qətiyyətli və cəsarətli mövqeyini bütün dünyaya nümayiş etdirdi. Prezident öz müsahibəsində də bildirdi ki, “30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızda ermənilərin həyata keçirdiyi vandalizm aktı nəticəsində kənd, rayon və şəhərlərimiz xarabalığa çevrilib. Artıq işğaldan azad edilmiş həmin regionlara səfər edən xarici jurnalistlər, xarici ölkələrin Azərbaycandakı nümayəndələri bu faktları öz gözləri ilə gördülər. Təbii ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin yenidən bərpa olunması istiqamətində davamlı işlər görür və qısa zaman kəsiyində artıq bununla bağlı layihələr işlənib hazırlanıb. İşğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən qurulması prosesinə başlanılıb. Yeni mərhələdə bu regionlar yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Prezidentin söylədiyi kimi, bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Həmin ərazilərdə mühüm infrastrukturlar yaradılmalıdır ki, qayıdacaq əhalinin hər hansı bir problemi olmasın: "İnanırıq ki, qısa zaman kəsiyində işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdacaq insanlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcəklər. Cənab Prezident müsahibəsində bir daha bəyan etdi ki, birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır: Bu yaxınlarda yenə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları o bölgələrə qaytaracağıq. Bəli, Azərbaycan qüdrətli dövlətdir və ölkəmizin maliyyə sabitliyi imkan verir ki, həmin regionlar digər rayonlarımız kimi yenidən qurulsun və özünün inkişaf mərhələsinə qədəm qoysun. Belə hesab etmək olar ki, dövlət başçısının bu müsahibəsi yaddaqalan oldu. Hər kəsə anladığı və anlayacağı dildə cavab verildi, elə bir məqam-məsələ olmadı ki, cavablandırılmasın. Bu müsahibə dostlara, müttəfiqlərə təşəkkürlər və minnətdarlıqlarla, düşmənə, onun açıq və gizli havadarlarına sərt xəbərdarlıqlar və mesajlarla yadda qaldı. Prezident İlham Əliyev yenə də birmənalı, obyektiv və ədalətli mövqe sərgilədi.

Elmira Abbasova, Əməkdar müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir