Yeni təyin olunan gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub.
Modern.az xəbər verir ki, təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edib.
Tədbirdə idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar da iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Fərid Qayıbov göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Gənclər və İdman Nazirliyindən Modern.az-a verilən məlumata görə, qurumda nəzərdə tutulan yeniliklər, planlar yeni nazir işə başladıqdan sonra açıqlanacaq. Atılacaq addımlar barədə də ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Fərid Fazil oğlu Qayıbov Gənclər və İdman naziri təyin edilib.