• Şb. Apr 27th, 2024

Arif Quliyevin vəziyyəti ağırdır – Təcili süni nəfəs aparatına qoşdular

ByYenigun.news

Apr 26, 2021

Xalq artisti, sevilən sənətkar Arif Quliyev koronovirusa yoluxub.

Yenigun.news xəbər verir ki, bu haqda aktyorun oğlu Rövşən Quliyev Moderator.Az-a danışıb. 

“Atam koronovirusa yoluxub, bu xəstəliyi ağır keçirir. Onun xəstəliyi olduğu üçün evdə müalicə alırdı, biz inanmırdıq ki, koronovirusa yoluxmuş ola bilər. 2 gün əvvəl səhər saatlarında onu təcili xəstəxanaya yerləşdirdik.Kate etdik, 90 faiz ağciyəri yoluxub, buzun içindədir.Vəziyyəti çox ağırdır, aparatla yaşayır. Həkimlər əllərindən gələn hər bir şeyi edir, “Yeni klinikada” atam üçün böyük briqada səfərbər olub. Arif müəllimin həm də təzyiq çatışmamazlığı var, bundan əlavə böyrəyində də problemlər var. Atam üçün hamımız dua edirik, Allah möcüzə etsin və tezliklə sağalsın. Həm də onun qapalı məkana, xəstəxanaya böyük fobiyası var, özündən asılı olmadan hərəkətlər edir. Qışqırır ki, “qapıları və pəncərələri açın”. Allah onu xalqına bağışlasın. Düzdü, həkimləri çox yaxşıdır, amma çox istərdik ki, dövlət nəzarətində olsun. Necə ki, dövlətimiz, prezidentimiz hər zaman atamın yanında olub, xəstə vaxtında da istərdik ona qayğı göstərsinlər” deyə sənətkarın oğlu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir