• Be. Apr 29th, 2024

Sidqi Mustafayev, xanımı və qızı koronavirusdan vəfat etdi

ByYenigun.news

Apr 12, 2021

Əməkdar mədəniyyət işçisi, “İRS” folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.

Yenigun.news xəbər verir ki, tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib.

S.Mustafayevin qızı Hökümə xanım açıqlamasında bildirib ki, atası 10 gündür xəstəxanada müalicə alıb:  “Bacım Təravət virusdan vəfat etdi. 7 gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir