• Ca. Apr 25th, 2024

Cəlilabadın güləşçilik ənənələri
uğurla davam etdirilir

ByVuqar Ferzeliyev

Mar 21, 2022
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri, idmançılarımız ölkənin gündən-günə ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
   Cəlilabadda bədən tərbiyəsi ilə  gənclərin və yeniyetmələrin əksəriyyəti məşğuldur, elə bir mühit təşəkkül tapmışdır ki, hər bir insan istənilən şəraitdə və istənilən vaxtda idmanla məşğul olur. Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Prezident İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən bu məsələni xüsusilə vurğulayıb. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir. Qəbulda Cəlilabad güləş məktəbinin yetirməsi, Avropa çempionatının gümüş mükafatçısı Ziya Babaşov da iştirak edib. Qalib idmançılar arasında Cəlilabadın güləş məktəbinin yetirməsi gümüş medalçı Ziya Babaşov da vardır. Ziya Babaşov idmanda qazandığı yüksək nailiyyətlərə görə rayon icra hakimiyyəti başçısı Rafiq Cəlilovun sərəncamı ilə Fəxri Fərmanla təltif edilmişdir. Bu gün biz gənc imançımızla haqlı olaraq fəxr edirik.
  Güləş milli idman növüdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər; Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır.

Mehralı Qurbanov, Azərbaycan Respublikasının əməkdar məşqçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir