• Bz. Apr 28th, 2024

“QOBU” QOVŞAĞI ƏN BÖYÜK ENERJİ OBYEKTLƏRİMİZDƏN BİRİDİR

ByVuqar Ferzeliyev

Fev 15, 2022
  Bu il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin enerli sahəsində qazandığı növbəti uğura imza ataraq “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib. Prezidentin 2020-ci ilin avqustunda təməlini qoyduğu 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası və yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici institutlar deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.  
  Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağının açılış mərasimindən sonra AZƏRTAC-a müsahibəsində söyləyib ki, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhali 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyllərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Ölkənin iqtisadi və sənaye potensialı dayanmadan artır. Ötən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının göstəricilərinə görə iqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir.bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu, onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız vardır. İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər.
   Buradaca qeyd etmək yerinə düşər ki, son dövrlərə qədər Azərbaycan neft-qaz ixrac edən dövlət kimi tanınırdı. Ölkə büdcəsi demək olar ki, 100 faizi bu sahədən gələn gəlirlər hesabına formalaşırdı. Cənab İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev tərəfindən müəyyən dövrləri əhatə edən iqtisadi proqramlar hazırlandı. Neft-qaz sektorundan gələn gəlirlər hesabına sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişaf etdirilməsinə böyük investisiyalar yatırıldı. Artıq Azərbaycandan xarici dövlətlərə qeyri-neft qaz məhsullarının ixracı hər il artmaqdadır. Dövlət büdcəsinin 46 faizi qeyri-neft sektorundan gələn gəlirlər hesabına formalaşmışdı. Yaxın gələcəkdə qeyri-neft sektorundan gələn gəlirlər 50 faizi üstələyəcək.
   Beləliklə, səhralığı xatırladan ərazidə cəmi bir il ərzində yüksəkgərginlikli ötürücü xətlərin, 385 meqavatlıq elektrik stansiyasının və 330/220/110 kilovoltluq yarımstansiyanın bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmaqla son illərin ən böyük infrastruktur layihələrindən biri reallaşdırılıb.

Rafael Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir