• Bz. Dek 22nd, 2024

ƏHALİNİN MADDİ RİFAHININ YÜKSƏLMƏSİNƏ XİDMƏT EDƏN SİYASƏT

ByYenigun.news

İyn 7, 2021

Prezident İlham Əliyevin fəaliyyəti hakimiyyətdə olduğu illər ərzində hər günü xalqımızın taleyüklü problemlərin həllinə xidmət edib. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə hər zaman layiq görülüb. Bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayarkən deməliyik ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir.

Bu gün hadisələrə obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir. İqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçünsə ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Ölkənin artan maliyyə potensialı sayəsində iqtisadiyyata kredit qoyuluşlarının həcmi əhəmiyyətli dərəcədə genişlənmişdir. Əhalinin pul gəlirlərinin artması, eyni zamanda makroiqtisadi sabitliyin dayanıqlığı, bank sektorunda aparılan islahatlar, əmanətlərin sığortalanması fondunun həcminin ildən-ilə çoxalması əhalinin banklara olan etimadının artmasına şərait yaratmışdır. Deməli, İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərindəndir. Məsələn, bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş İqtisadiyyat Nazirliyinin yeni binasının açılışını gördük. Bu tikilinin memarlıq üslubu, texniki təchizatı əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir, yəni iqtisadi gücümüzü, dövlətin iqtisadi idarəetməyə qayğı və diqqətini nümayiş etdirir. Nazirliyin yeni binasının açılışı dolayısilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir. Bunu heç bir qüvvə dana bilməz. Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından illər keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib. Biz bilirik ki, beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır. Müştəri məmnuniyyəti isə dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biridir. Buna görə də yeni pul əsginasları ilə bağlı yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Azərbaycan hökuməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülmüşdür. Əhali bilir ki, artıq 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik yeni pul nişanlarının 1 yanvar 2021-ci il tarixindən tədavülə buraxılması yenilikdir. Onlar hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları ilə paralel dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə edilir. Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edir. Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması prosesləri başa çatıb. Yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Hər gün, hər saat vətəndaşlarla təmasda olanlar aydın şəkildə görürlər ki, insanlar iqtisadiyyatın hər sahəsində olduğu kimi, pul-əmtəə münasibətlərinin tənzimlənməsindən razıdırlar.

Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları, insan kapitalı imkan verir ki, növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni, böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.
Mirməhəmməd Kazımov, Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir