• Ça. Apr 16th, 2024

Tarixi ədalətin bərpası Laçına yeni həyat bəxş edir

ByVuqar Ferzeliyev

Mar 29, 2023

        Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Tam qətiyyətlə deyə bilərik ki, cəbhədəki uğurlarımızın başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

       Bu tarixdən iki il dörd ay keçir. Torpaqların bərpası prosesi artıq başlamışdır. Bu müddətdə Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri yenidənqurma və bərpa işlərinə birbaşa özünün nəzarət etdiyinin göstəricisidir. Bu günlərdə dövlətimizin rəhbəri Məsim Məmmədovu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin etmişdir. İnanırıq ki, həmin işlər bundan sonra daha da sürətlənəcək, yeni vüsət alacaqdır.Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir.

       İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində aparılmış çox saatlıq telefon danışıqları nəticəsində nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir. İkinci Qarabağ müharibəsi başa çatan kimi dərhal göstəriş verilmişdir ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Azərbaycan bu işi bir il yarım ərzində həll edib. Yəni, Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun 2-də yol istismara hazır idi. Hazıtda Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır.

 Qeyd etmək yerinə düşər ki, proses zamanı Qarabağ ermənilərinin nümayəndələrinin xahişi təmin edilmişdir. Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış bütün ermənilər aparılan işlər nəticəsində avqustun 25-də oradan çıxarılmışdır. Avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq.

Mübariz Tağıyev,

Cəlilabad rayon Hamarqışlaq kənd

tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir