• C. Apr 19th, 2024

Əfqanıstanın adı dəyişdiriləcək

ByYenigun.news

Avq 16, 2021

Əfqanıstanın adı dəyişdiriləcək”Əfqanıstanda hakimiyyətin rəsmi olaraq “Taliban” hərəkatına keçməsindən sonra, böyük ehtimalla ölkənin adı dəyişəcək”.

Yenigun.news
 xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının professoru, Hərbi Diplomatlar Liqasının vitse-prezidenti Vladimir Vinokurov RİA “Novosti”yə açıqlamasında deyib.

“Qəndəharı “Taliban” ələ keçirən zaman, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Əşrəf Qani hökumətinin bundan sonra üç ay dayanacağını proqnozlaşdırdı. Onlara üç həftə vaxt verdim. Bu gün aydındır ki, Əfqanıstan tamamilə “Taliban”ın hakimiyyəti altındadır. Aydındır ki, çox yaxında bu ölkənin yeni adını, bəlkə də vahid xilafət kimi bir şey edəcəklər”, – deyə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın sözdə demokratik missiyasının nəticəsi olaraq “Taliban” hakimiyyəti sürətlə ələ keçirdi.

“Associated Press” məlumat yayıb ki, “Taliban” hərakatının üzvləri prezident sarayından Əfqanistan İslam Əmirliyinin yaradıldığını elan edəcəklər.

Qeyd edək ki, Əfqanıstan İslam Əmirliyi ölkə ərazisində 1996–2001-ci illərdə mövcud olub. Ad ölkəyə “Taliban” hərəkatı tərəfindən verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir