• Ç. May 15th, 2024

SOCAR-dan partlayışla bağlı daha bir – Açıqlama + Yenilənib

ByYenigun.news

İyl 5, 2021

SOCAR Xəzər dənizində baş verən partlayışla bağlı açıqlama yayıb.

“Yenigun.news” xəbər verir ki, məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.

“Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”, – deyə İ.Əhmədov qeyd edib.

***

Xəzərdə partlayış baş verən əraziyə gəmi göndərilib.

“Hazırda dəqiq məlumat budur ki, SOCAR-a aid olan hər hansı bir sənaye obyektində qəza baş verməyib. Hadisə yerinə araşdırma üçün gəmi göndərilib. Əlavə məlumat olan kimi paylaşılacaq”, – deyə İ.Əhmədov sosial şəbəkədə məlumat paylaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir