• Bz. May 5th, 2024

“Azərbaycan ordusu hər an Xankəndiyə girə bilər və girməlidir” – Sərdar Cəlaloğlu

ByYenigun.news

Sen 2, 2021

“Azərbaycan elə bu gün hərbi əməliyyatlara başlayaraq, Xankəndidən erməniləri qovub çıxara bilər. Ya vətəndaşlıq alsınlar, ya da bizim torpaqları tərk etsinlər. Azərbaycan ordusu hər an Xankəndiyə girə bilər və girməlidir”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, separatçı rejim Rusiyanın əlində olan bir qrup adamdan ibarətdir: “Onlar sadəcə Rusiyanın əlində alətdirlər. Müstəqil ola bilən elə əvvəldən olardı, indi yox. Bu günü bayram edə bilməzlər. Rusiya öz siyasi oyununu davam etdirir, bir qrup axmaq erməni də ona uyub. Dünən Şuşada yalvarırdılar ki, bizə vətəndaşlıq verin, bizə iş verin. Bu gün yenə oyun oynayırlar. Azərbaycan tərəfi elə kəskin mövqe ortaya qoymalıdır ki, onlar bir də belə iyun oynasalar, başlarının əziləcəyini yaxşı dərk etsinlər. Faktiki olaraq, separatçı rejimin “müstəqilliyindən” və bu “müstəqilliyin” qeyd edilməsindən söhbət gedə bilməz. Ümumiyyətlə, Ermənistan təxribatlara davam  edərsə, cavabını almalıdır. Azərbaycan ordusu hər an Xankəndiyə girə bilər və girməlidir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir