• Be. Dek 30th, 2024

İranlı vitse-spiker Bakıda çağırış etdi: “Dollar əvəzinə milli valyutalardan istifadə etməliyik”

ByYenigun.news

İyl 1, 2022

“Qoşulmama Hərəkatına üzv dövlətlər arasında ticarət, turizm sahəsində əməkdaşlığı inkişaf etdirməli, bazar imkanlarını araşdırmalı və potensialdan düzgün istifadə etməliyik. Biz hərəkata üzv ölkələrin parlamentləri arasında əlaqələrin inkişafına önəm veririk”.

Oxu.Az-ın məlumatına əsasən, bunu İran İslam Məşvərət Assambleyasının vitse-spikeri Abdolreza Mesri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.

Onun sözlərinə görə, Hərəkat elə imkanlar yaratmalıdır ki, hegemon dövlətlər buraya müdaxilə edə bilməsinlər:

“Biz ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməliyik”, – deyə o əlavə edib.

Vitse-spiker Hərəkat çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyinə də diqqət çəkib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir