• Be. Apr 29th, 2024

Ərdoğan: “Türkiyə Qarabağ, Suriya və Somalidəki sınaqdan uğurla keçdi”

ByYenigun.news

Mar 29, 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn yerli seçkilərə iki gün qalmış Sancaktepe mitinqində mühüm açıqlamalar verib.

Ərdoğan çıxışında Fələstin, Suriya, Somali və Qarabağ kimi həssas bölgələrlə bağlı Türkiyənin atdığı addımlardan danışıb.

O, Türkiyənin Fələstin məsələsində qətiyyətini ifadə edib və Qəzzadakı mübarizəsini davam etdirəcəyini bildirib.

“Türkiyə Suriya, Somali və Qarabağdakı sınaqdan necə uğurla keçdisə, Qəzza sınağından da keçəcək. Fələstinlilər öz azadlıqlarını və müstəqil dövlətlərini əldə etməyənə qədər dayanmayacağıq”, – deyə Ərdoğan qeyd edib.

Mənbə: Haber365.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir