• Be. Apr 29th, 2024

“Musəvi Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa olanadək vəzifəsini icra edəcək” – RƏSMİ

ByYenigun.news

Mar 30, 2024

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

“Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin.

Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyi fəaliyyətini bərpa olanadək öz fəaliyyətini davam etdirəcək”, – məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir