• Ça. Apr 23rd, 2024

Prezidentin xüsusi nümayəndəsi: “Bizi Qarabağa geri qaytaran şəhidlərimizi qürurla yad edirik” – VİDEO

ByYenigun.news

Sen 26, 2022

“Bizi doğma Qarabağımıza geri qaytaran şəhidlərimizi qürur hissi ilə yad edirik”.

Oxu.Az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter”də yazıb.

“Sinələrini düşmən qarşısında sipər edənlərin, canını vətən torpağı uğrunda fəda edənlərin – şəhidlərimizin günüdür bu gün. Bizi doğma Qarabağımıza geri qaytaran, hər zaman bayrağımızı vətənin torpağına sancmağı bacaran şəhidlərimizi qürur hissi ilə yad edirik!”, – Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir