• Şb. May 18th, 2024

Vətənin tərəqqisinə xidmət edən
YAP-ın əsas hədəfləri

ByVuqar Ferzeliyev

Mar 7, 2022
  Möhtərəm Prezidentimiz İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində  qeyd etmişdir ki,dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbər seçildiyi gün Azərbaycanı yüksəlişə, inkişafa aparan yolun başlanğıcı idi. Ulu öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə bütün sahələrdə inkişafa, tərəqqiyə nail olunmuş, respublikamız SSRİ-nin nüfuzlu, sayılıb-seçilən respublikalarından birinə çevrilmişdi. Ümummilli liderimizin polad iradəsi, prinsipiallığı nəticəsində həyata keçirilən möhtəşəm tədbirlər Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi bazasının yaradılmasında mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan iqtisadiyyatının inkişafında neft sənayesinin rolunu dərindən dərk edən Heydər Əliyev bu sahənin inkişafı üçün böyük işlər görmüşdü. Belə ki, yeni yataqların qazılması, müasir, mütərəqqi texnologiyaların neft sənayesinə tətbiqi Heydər Əliyevin böyük zəhməti, yüksək idarəetmə qabiliyyəti sayəsində mümkün olmuşdu.
   Effektiv nəticələrin əldə olunması naminə Proqramda YAP fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib: Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.
    Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyevin hesabat dövrünü təhlil edən parlaq məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası gücünü ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib. 28 ildən artıq dövr ərzində partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. Ciddi tarixi və siyasi əsaslara söykənən nailiyyətlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsidə Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır.
   Ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayələnməyəcək. Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcək naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək, fəaliyyəti ilə ölkəmizin inkişafına xidmət edəcək. Prezidentimizin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bununla fəxr etməyə dəyər.

Vüqar Cavadov,
CəYAP Cəlilabad RT İdarə Heyətinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir