• Şb. May 18th, 2024

VII qurultay YAP-da yeni mərhələnin başlanğıcı oldu

ByVuqar Ferzeliyev

Mar 7, 2022
   Yeni Azərbaycan Partiyasının  yaradıcısı dahi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə doğruldub. Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai - siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb, bu günün və gələcəyin partiyasının VII qurultayı isə siyasi təşkilatın tarixində növbəti dönüş nöqtəsi oldu
    .Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir. Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir.. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir.
 Ölkə Prezidenti İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu. Partiyanın VII qurultayı bir daha göstərdi ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində siyasi təşkilatın rolu və yeri xüsusidir. Azərbaycan Partiyasının  VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalacaq. Əslində bu tədbir partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcıdır. Bu qurultay Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edir. VII qurultay göstərdi ki, hər zaman siyasi proseslərdə önündə olan hakim partiya 30 illik yubileyinə daha fəal, yeniləşmiş formatda qədəm qoyur, fəaliyyətini yeni mərhələyə yüksəldərək, bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək.
    Beləliklə, xalqın böyük etimadını, inamını qazanan partiyanın VII qurultayı ölkə Prezidenti İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığının nümayişi oldu.Yeni keyfiyyət dəyişiklikləri partiya fəaliyyətinin tənzimlənməsində çeviklik və səmərəliliyi daha da artıracaq. Effektiv idarəetmə mexanizminin yaradılması Yeni Azərbaycan Partiyasının bundan sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirəcək. Altı siyası partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi isə partiyamızın yüksək nüfuzunun ifadəsi və məqsədyönlü fəaliyyətinin nəticəsidir.
     Düşünürük ki, Prezident İlham Əliyevin Sədri olduğu partiya məramı, proqramı, həm də fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayır, bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranıb. Ölkəmizin, vətəndaşlarımızın xeyrinə olan bütün bu çağırışları ürəkdən alqışlayırıq, möhtərəm Prezidentimizə minnətdarlığımızı bir daha bəyan edirik.

Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad Rayon Təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir