• Ç. Noy 27th, 2024

ZƏNGƏZUR DƏHLİZİNİN TƏMƏLİNİN QOYULMASI ÇOX MÜHÜM TARİXİ HADİSƏDİR

Byadmin

Okt 29, 2021


Türkiyə Prezidentinin işğaldan azad edilən torpaqlarımıza növbəti səfərini bir neçə əsas məsələ ilə şərh edə bilərik. Bunlardan birincisi Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanan şəxs dövlət və xalq səviyyəsində yüksək dəyər verilən qardaş ölkənin Prezidenti oldu. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi, dövlət başçıları tərəfindən hava limanının rəmzi açılışını bildirən lentin kəsilməsi və hava limanının rəmzi açarlarının hər iki dövlət başçısına təqdim olunması da məhz iki qardaşın bir-birinə göstərdiyi yüksək diqqət və dəyərin ölçüsüdür.
Məlum olduğu kimi, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin nəticələri kimi Cənubi Qafqazda yaranmış yeni reallıqlardan biri də Zəngəzur dəhlizinin açılmasına dair qəbul edilmiş qərardır. Bu gün qədim Azərbaycan torpağı olan Zəngəzur artıq türk dünyasının birləşməsi rolunu oynayacaq. Məhz buna görə də birmənalı olaraq deyə bilərik ki, Türk dünyası Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsilə daha da güclənib.
Qardaş dövlətlərin prezidentləri oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaqla, həm də Zəngəzur dəhlizinin əsasını qoymuş oldular. Təməli qoyulmuş avtomobil yolu Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaqdır. Beləliklə, həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya mesajdır. Rəcəb Tayyib Ərdoğanın birinci səfəri zamanı tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Şuşa Bəyannaməsi düşmənlərimizə və onların xarici havadarlarına çox ciddi mesaj oldu. Bu sənəd həmdə ölkələrimizin qardaşlığının daha bir nümunəsidir. Türkiyə Prezidentinin ölkəmizə növbəti səfəri, verilən yeni bəyanatlar isə dünyaya ünvanlanan birlik və həmrəylik mesajıdır. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələri bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Həm də bu, sadəcə olaraq dostlarımızın bizimlə sevincimizi paylaşmaları anlamında deyil. Məsələ bundadır ki, Azərbaycan bu gün Orta Asiya məkanını Avropa ilə birləşdirə biləcək ən əlverişli logistik mərkəzdir. Qardaş dövlətlərin birgə fəaliyyəti çərçivəsində görülən işlərin hər biri mühüm siyasi hadisədir. Zəngilanda rəsmi mərasimlərin, təməlqoymaların keçirilməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.
Füzuli Cəfərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir