• Şb. Noy 23rd, 2024

İnsan hüquqlarının fəal müdafiəçisi

ByVuqar Ferzeliyev

Fev 20, 2022
   Mehriban xanım Əliyevanın Birinci Vitse-prezident vəzifəsində fəaliyyətini təhlil edən tədqiqatçılar bir məqamı xüsusi vurğulayırlar: Mehriban xanım təbiətən böyük humanist şəxsiyyətdir. Heç də təsadüfi deyildir ki, Mehriban xanım 4 dəfə – 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edib. Bu, Mehriban xanımın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığının təsdiqidir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülən bu təşəbbüs geniş ictimai dəstək qazanıb. Çünki amnistiya aktı qanunverici tərəfindən ifadə olunan humanizm və mərhəmət hissinin mücəssəməsidir.Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Onun fikrincə, “ Ailəyə olan hörmət - Azərbaycan xalqına məxsus ən gözəl xüsusiyyətlərdən biridir. Bu gün Azərbaycan qadını ana olmaqla öz ölkəsinin sosial həyatında fəal iştirak edir”.   Bu mənada  “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Forumun Bakıda keçirilməsi qadınların cəmiyyətin həyatındakıfəal mövqeyini bir daha təsdiq edir. Bakı Forumunda mədəniyyətlərarası dialoqun idarəçilik, siyasi və praktiki aspektləri  müzakirə  olundu, təcrübə mübadiləsi  aparıldı, eləcə də yeni təşəbbüslər irəli sürüldü. Bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi  Azərbaycanın nüfuzunun getdikcə gücləndiyini bir daha  sübut edir.  Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII Konfaransında Mehriban Əliyevanın proqram çıxışı cəmiyyətimizdə  geniş müzakirələrə səbəb olmuşdur. 2012-ci ildə Bakıda keçirilən beynəlxalq Krans-Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur mövzusunda Konfransda qaldırılan məsələlər, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqlar ilə bağlı geniş və əhatəli çıxışı beynəlxalq diqqətin ölkəmizə yönəldilməsinə  imkan yaratmışdır. 2017-ci ilin may ayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa”nın təşkil olunması, onun təşəbbüsü ilə ayrıca sessiyanın keçirilməsi, bu mövzu ətrafında fəal müzakirələrin aparılması və tövsiyələrin qəbul edilməsi  dünyada qadınların, əsasən də qızların hüquqlarının müadfiəsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir.
  Erməni işğalçıları üzərindəki Böyk Qələbimizdən əvvəl xalqımızın yaşadığı ağrılar heç şübhəsiz, torpaqlarımızın 20 faizindən çoxunun işğal altında olması, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın torpaq itkisi ilə bağlı idi. Bu mənada Mehriban xanımın gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması fəaliyyət proqramının ən ümdə vəzifələri sırasında olub. Azərbaycanın  Birinci  vitse-prezidenti kimi xanım Mehriban Əliyevanın elə ilk keçirdiyi müşavirə də müvəqqəti məskunlaşmış  qaçqın və məcburi  köçkün ailələrinin mənzillə təmin edilməsinə  həsr olunmuşdur.  Cənab Prezident İlham Əliyev və respublikanın  birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın konkret tapşırıqları əsasında onlar üçün yaşayış binalarının, eyni zamanda, cəbhə bölgələrində  ziyan dəymiş evlərin, sosial obyektlərin  tikinti, bərpa və təmir işləri aparılır. Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var: doğma torpaqlara qayıtmaq. Ordumuzun gündən-günə güclənməsi, erməni işğalçılarından azad edilmiş ərazilərin yenidən qurulması  insanlarda gələcəyə inamı daha da artırır. Xüsusilə bu istiqamətdə keçirilən tədbirlər əhalidə böyük ruh yüksəkliyi yaradır. Vətəndaşlarımız bu işdə göstərdiyi fədakarlığa görə Mehriban xanıma dərin təşəkkürünü bildirirlər.

Ziya İsmayılov,
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir